Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Yağan intensiv yağışlar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin çəkdiyi yollardan da yan keçmədi. Sosial mediada paylaşılan vətəndaş şikayətlərindən bəlli olur ki, yağış “fürsət taparaq” təzə çəkilmiş avtomobil yollarının altına girib, necə deyərlər, üstündən çıxıb.
Şəkildə təqdim etdiyimiz bu çökmə Bakıda dairəvi yolda qeydə alınıb… Və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu ilin fevralın 6-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsinə təyin etdiyi Vüsal Nəsirlinin çəkdirdiyi magistral yoldur.
Nə baş verir? Təzə sədr yeni vəzifəyə belə başlayırsa, daha nə deyə bilərik… Necə deyərlər, yağış da çökdürməyə yer tapıb də…
Elçin MƏMMƏDLİ
