16 Fevral 2024 / 09:09

ABDULLAH ZUBİR BU ADI ALA BİLƏR – 4 NAMİZƏD VAR

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

TEZADLAR.AZ xəbər verir ki, onların arasında “Qarabağ”ın oyunçusu Abdullah Zubir də var. 32 yaşlı yarımmüdafiəçi Portuqaliya “Braqa”sına qarşı səfər matçında 2 qol vurub və 1 qolun ötürməsini edib.

Digər namizədlər isə “Milan”dan Ruben Loftus-Çik, “Qalatasaray”dan Mauro İkardi və “Benfika”dan Anhel Di Mariyadır.

Qalib UEFA-nın saytındakı səsvermənin nəticəsində müəyyənləşəcək.

namizedler-futbol

 

trend

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!