Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
8 İyul 2025 / 12:51

Abonentlər hər ay elektrik enerjisinə görə sabit tarif pulu da ödəyəcəklər – səbəbini nazir müavini belə izah etdi…

Sabit tarif səviyyəsi hər bir abonent üzrə aylıq 1 manatı aşmayacaq.

TEZADLAR.AZ   xəbər verir ki, bunu energetika nazirinin müavini Orxan Zeynalov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

Nazir müavininin sözlərinə görə, sabit tarifin tətbiqində əsas məqsəd xidmətin keyfiyyətinin artırılması, xərclərin istehlakçılar arasında daha ədalətli bölünməsidir.

“Bu, tariflərin artırılması hesabına deyil, mövcud istehlak tarifinə çəkilən xərclərin xarakterinə uyğun olaraq struktturlaşdırılması hesabına əldə edilməsidir. Eyni zamanda, bu yenilik “Elektroenergetika haqqında” qanun layihəsində təsbit olunub. Hər ay elektrik enerjisi haqqını ödəyən istehlakçılar üçün tarif yükünün cüzi də olsa, azaldılması üçün müəyyən iqtisadi zəmin yaradacaq.Sabit tarifinin maliyyə tutumu məsələsinə gəlincə, hesablamalarımıza görə, bu məqsəd üçün nəzərə alınan faktiki xərclərin həcmi ümumi xərclərin həcminin 2 %-dən aşağı hesablanıb. Sabit tarif səviyyəsi hər bir abonent üzrə aylıq 1 manatı aşmayacaq”, – deyə O.Zeynalov qeyd edib.

Orxan Zeynalov, həmçinin sabit tarifin əsas əhali istehlakçıları arasında maliyyə yükü yaratmayacağını da vurğulayıb.

Nazir müavini əlavə edib ki, sabit tarifə aid xərclər hazırda aktiv istehlakçılar tərəfindən mövcud istehlak tarifinin daxilində ödənilir:

“Bu yanaşma əsas əhali istehlakçıları üçün əlavə maliyyə yükü yaratmayacaq. Azərbaycanda məişət abonentləri üçün sayğaclar abonentin deyil, paylayıcının hesabına təchiz olunur.

Türkiyə, Rusiya, Gürcüstanda sayğacların dəyəri bilavasitə abonentlər tərəfindən ödənilir. Hər bir abonentin şəbəkəyə qoşulması zəncirvari texniki prosesdir. Bu məqsədlərin həyata keçirilməsi üçün əlavə maliyyə yükü və infrastruktur tələb olunur. Yəni abonent şəbəkəyə qoşulan zaman ererji istehlak edib-etməməsindən asılı olmayaraq müəyyən xərclərin yaranmasına səbəb olur. Bu zaman belə bir sual meydana çıxır: Niyə istehlak etməyən passiv abonentlərin xərclərini digər vətəndaşlar ödəməlidir? Bu baxımdan, tarif sisteminin təkmil iqtisadi yanaşmalarla strukturlaşdırılması gələcəkdə bu istiqamətdə ədaləti, əlçatan tariflərin formalaşmasına səbəb olacaq”, – deyə O.Zeynalov fikrini tamamlayıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!