2 Aprel 2026 / 08:16

ABŞ-da baş verən qətlin qatili 51 ildən sonra təsdiqləndi

Ted Bandinin 1974-cü ildə Yuta ştatında qətlə yetirilən 17 yaşlı Laura Ann Aimenin qatili olduğu qəti şəkildə müəyyən edilib.

Tezadlar.az-ın xarici mediaya istinadən məlumatına görə, Yuta İctimai Təhlükəsizlik Departamentinin rəsmisi Beau Mason 1974-cü ildə ştatda qətlə yetirilən Laura Ann Aime-nin işi ilə bağlı açıqlamalar verib.

Mason qətllə bağlı dəlillərin diqqətlə qorunduğunu və DNT test texnologiyasındakı irəliləyişlər sayəsində dəlillərin qətldən 51 il sonra yenidən araşdırıldığını bildirib.

Mason nəticələrin Bandinin DNT-sinin nümunələrlə uyğun gəldiyini göstərdiyini bildirib.

Ölkə tarixinin ən təhlükəli qatillərindən biri hesab edilən Bandinin 1974-1978-ci illər arasında 30 nəfəri öldürdüyünü etiraf etdiyi bildirilib.

Polisin məlumatına görə, Bandinin edamından əvvəl günahını etiraf edib, lakin Aime-nin işi qəti dəlillər əldə edilənə qədər açıq qalıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!