1 Aprel 2026 / 00:05

ABŞ-da kəşf edilən istedad: ‘Millidən təklif gəlsə, canla-başla qəbul edərəm

ABŞ və Kanadanın ən yüksək liqası – MLS-də təmsil olunan “Hyuston Dinamo” nun qapıçısı Roman Kərimov Azərbaycan millisinə dəvət alacağı təqdirdə, böyük məmnuniyyətlə bu təklifi qəbul edəcəyini bildirib.

Tezadlar.az xəbər verir ki, Roman Kərimov bu barədə “ftbl Azerbaijan”ın “Instagram” hesabına açıqlama verib.

Qapıçının sözlərinə görə, onun babası azərbaycanlıdır, Azərbaycanda çoxlu qohumları var və əgər ona təklif gələrsə, o, məmnuniyyətlə milli komandamızda çıxış edəcək.

Gənc qapıçı 15 fevral 2008-ci ildə Moskvada anadan olub və Rusiyada yaşadığı dövrdə Moskvanın “Rodina” klubunun akademiyasında çıxış edib.

O, burada 60 oyun keçirib və 16 “quru” seriya ilə yadda qalıb. 2023-cü ildə ABŞ-yə köçərək “Hyuston Dinamo”nun klubunun sıralarına qoşulub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!