Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu qərar Yaxın Şərq böhranı fonunda artan enerji qiymətlərinin qarşısını almaq səyləri ilə izah olunur
Tramp administrasiyası Hörmüz boğazından keçən neft və qaz tankerlərinə hərbi mühafizə təmin etməyi düşünür.
Tezadlar.az bildirir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat verib.
ABŞ hökuməti həmçinin tankerlərin boğazdan maneəsiz keçməsini təmin etmək üçün sığorta şirkəti kimi fəaliyyət göstərmək variantını müzakirə edir. Bu qərar Yaxın Şərq böhranı fonunda artan enerji qiymətlərinin qarşısını almaq səyləri ilə izah olunur.
“Hərbi kampaniya gücləndikcə və coğrafi olaraq genişləndikcə enerji bazarlarının qarşıdakı günlərdə təzyiqlə üzləşə biləcəyi ilə bağlı narahatlıqlar artır. Aydındır ki, Hörmüz boğazına çıxış həm təbii qaz, həm də neft təchizatı üçün vacibdir”, – qəzet mənbəyə istinadən bildirib.
Adı çəkilməyən keçmiş Pentaqon rəsmisi bildirib ki, bu təşəbbüs ABŞ-ın Qırmızı dənizdəki əvvəlki missiyasına bənzəyəcək, burada hərbçilər təyyarədaşıyan gəmilər və esmineslər yerləşdiriblər.
“The Wall Street Journal” qəzeti əvvəllər xəbər vermişdi ki, Yaxın Şərqdə artan münaqişə fonunda 3000-dən çox gəmi dünya neft ixracatının təxminən beşdə birinin keçdiyi Hörmüz boğazından keçmək üçün Fars körfəzi limanlarında gözləyir.
E.ŞİRİNOV