Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ-İran danışıqları bu gün – aprelin 11-də İslamabadda başlayacaq.
Tezadlar.az xəbər verir ki, Əl-Cəzirənin məlumatına görə, Pakistanın Baş naziri Şahbaz Şərif bunu açıqlayıb.
O, mövcud Yaxın Şərq münaqişəsində daimi atəşkəsə nail olmağın bu danışıqlardan asılı olduğunu bildirib.
Əvvəllər İran rəsmilərinin ABŞ ilə danışıqlarda iştirak etmək üçün İslamabada gəldiyi bildirilirdi. “Reuters”-in məlumatına görə, İran nümayəndə heyətinə İslam Respublikası Parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf rəhbərlik edir.
Aprelin 10-da ABŞ-ın vitse-prezidenti J.D.Vens İrandakı silahlı münaqişəyə son qoymaq və Hörmüz boğazından keçən gəmiçilik böhranını həll etmək məqsədilə danışıqlar aparmaq üçün Pakistana səfər edib. Getməzdən əvvəl o, missiyasının uğuruna nikbin baxdığını bildirib və Tehranla “əlaqə qurmaq” niyyətini açıqlayıb. İran vurğulayıb ki, hər hansı danışıqlara başlamazdan əvvəl razılaşdırılmış ən azı iki şərt yerinə yetirilməlidir: Livanda atəşkəs və İran aktivlərinin dondurulmasının ləğvi.
E.ŞİRİNOV