30 Mart 2026 / 11:17

“ABŞ-İran danışıqlarının Pakistanda baş tuta bilməsi real görünür”

ABŞ-İran münaqişəsinin nizamlanması üzrə danışıqlar yaxın günlərdə Pakistanın paytaxtı İslamabadda baş tuta bilər. Tezadlar.az Haber- Türk- ə istinadla xəbər verir ki, Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar bunu Misir, Türkiyə və Səudiyyə Ərəbistanı xarici işlər nazirləri ilə məsləhətləşmələrdən sonra keçirilən mətbuat konfransında açıqlayıb. Onun sözlərinə görə, Pakistan tərəflər arasında əsaslı danışıqlar üçün platforma rolunu oynamağa hazırdır. “İki tərəf arasında məzmunlu danışıqlara ev sahibliyi etmək, mövcud münaqişənin hərtərəfli və davamlı həlli üçün yaxın günlərdə onları asanlaşdırmaq Pakistan üçün şərəf olacaq”, – Dar deyib.
Dar həm İranın, həm də ABŞ-nin danışıqlara kömək məsələsində Pakistana inamını ifadə etdiklərini vurğulayıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!