7 Aprel 2026 / 06:43

ABŞ İranda xilas edilmiş pilotun xilası üçün 155 təyyarə cəlb edib!

Tramp yenə bəyanatla çıxış edib. O, “ABŞ İranda qalan pilotun xilas edilməsi üçün genişmiqyaslı əməliyyat həyata keçirib”,- deyərək bildirib ki, əməliyyat zamanı aldadıcı taktikalardan istifadə olunaraq iranlılara pilotun başqa ərazidə olduğuna inandırıb və məqsədinə çatıblar. Sitat: “ABŞ ordusu yüksək dəqiqlik və peşəkarlıqla real əraziyə daxil oldu, düşmənlə döyüşdü, zabiti xilas etdi və bütün təhdidləri aradan qaldırdı”.

Tezadlar.az Reuters-ə istinadla onu da qeyd edir ki, Tramp, həmçinin pilot təxminən 48 saat İran ərazisində qaldıqdan sonra itki verilmədən çıxarılıb, hazırda onların vəziyyəti yaxşıdır. “Əməliyyatda 155 təyyarə, o cümlədən bombardmançılar, qırıcılar, yanacaqdaşıyan təyyarələr və xilasetmə vasitələri istifadə olunub. Hətta  onların bir hissəsi isə iranlıların diqqətini yayındırmaq üçün cəlb edilmişdi”.

Maraqlıdır ki, İran rəsmiləri Trampın söylədiklərinin əksinə olaraq ziddiyyətli məlumatlar paylaşıb.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!