Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Biz qalib gəldik, amma tez getmək istəmirik”. Tezadlar.az “Haber- türk”ə istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Kentukki ştatının Hebron şəhərində keçirilən kampaniya tipli mitinqdə İranla müharibə barədə açıqlamasında deyib. Tramp “müharibəni udduq” deyərək, ABŞ-nin işi tamamilə bitirməyə qərarlı olduğunu bildirib. “Heç vaxt çox tez qalib gəldiyinizi deməyi sevməzsiniz. Biz qalib gəldik. İlk saatda hər şey bitdi”, – Prezident qeyd edib. Tramp ABŞ-nin İran donanmasına məxsus 58 gəmini sıradan çıxardığını və münaqişənin ilk mərhələlərində ciddi üstünlük əldə etdiyini söyləyib. Prezident ABŞ-nin mübarizəni davam etdirəcəyini vurğulayıb: “Erkən getmək istəmirik, elə deyilmi? Biz işi bitirməliyik… Biz faktiki olaraq İranı məhv etdik. Amma hələ mübarizəni davam etdiririk. Hər iki ildən bir geri qayıtmaq istəmirik”.