7 Aprel 2026 / 13:27

ABŞ Trampın İran planı ilə bağlı həyəcan təbili çalır

ABŞ prezidenti Donald Tramp Amerika ordusuna İran İslam Respublikasına nüvə zərbəsi endirməyi əmr edə bilər.

Tezadlar.az bilfirir ki, bu barədə “The American Conservative” (TAC) xəbər verir.

Ağ Ev sahibinin İslam Respublikasını məhv etmək və ya tam təslim olmaq planı olmasa belə, nüvə zərbəsi ona açıq məqsədlərindən birinə çatmağa kömək edə bilər, – deyə nəşrin müəllifi öz fikrini bölüşüb.

Məqalədə qeyd olunur ki, hərbi ekspertlərin fikrincə, Tramp İranla silahlı münaqişədən geri çəkilmək istəyir, lakin bunun üçün partlayışla getməli olduğuna inanır.

Nəşrin köşə yazarı bildirib ki, Amerika lideri Yaxın Şərqdə münaqişəni qızışdırmaq üçün bütün üsulları tükəndirib və onun yeganə qalan variantı nüvə kartı oynamaqdır.

Bir gün əvvəl ABŞ prezidenti Donald Tramp İslam Respublikasını “körpülər və elektrik stansiyaları günü” ilə hədələyərək Hörmüz boğazının açılmasını tələb etmişdi, əks halda, iranlılar “cəhənnəmdə yaşayacaqlar”. Tehran amerikalılar təhdidlərini yerinə yetirsələr, qətiyyətlə cavab verəcəyini bildirib.

Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı hərbi kampaniyası 28 fevraldan bəri davam edir. Bu müddət ərzində hər iki tərəf qarşılıqlı zərbələr alıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!