Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Abxaziya prezidenti Aslan Bjaniya ölkədəki mövcud vəziyyəti müzakirə etmək üçün əhali ilə görüşəcək.
Tezadlar.az “İnterfaks”-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
İclas bu gün – noyabrın 16-da baş tutacaq. Müxalifətin istefa verməsini tələb etdikdən sonra dövlət başçısının köçdüyü Tamış kəndindəki məktəbdə keçiriləcək.
Bundan əvvəl Bjaniyanın Abxaziyanın paytaxtını tərk etdiyi məlum olub. Müxalifət liderlərindən biri, Abxaziya qəhrəmanı Levan Mikaa bildirib ki, respublika prezidentinin harada olduğu məlum deyil.
Noyabrın 15-i axşam müxalifət tərəfdarları Bjaniyaya ultimatum verərək, onun bir saat ərzində postunu tərk etməsini tələb ediblər. Prezident cavabında bildirib ki, o və digər rəsmilər işlərini davam etdirəcəklər.
E.ŞİRİNOV