Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Acara Muxtar Respublikası hökumətinin keçmiş sədri Tornike Rijvadze xəstəxanaya yerləşdirilib. Tezadlar.az xəbər verir ki, məlumata görə, o, gecə saatlarında özünə qəsd edib. Keçmiş yüksək vəzifəli şəxs Dəniz Nəqliyyatı Agentliyinin rəhbəri Aleksi Axvledianiyə məxsus silahdan iki dəfə atəş açıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, Tornike Rijvadze döş qəfəsindən aldığı güllə yarası ilə Saqareco Geohospitalına yerləşdirilib. Agentliyin məlumatına görə, Tornike Rijvadzeyə təcili tibbi yardım göstərilib. Həkimlərin dediyinə görə, onun ağciyəri zədələnib, səhhəti ağırdır. Faktla bağlı Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 115-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə araşdırma başlayıb. Tornike Rijvadze özünə qəsd etməzdən əvvəl məktub yazıb. Məktubu isə Rijvadzenin cibindən tibb işçiləri tapıb. Məktubda o, bir sıra vacib məsələlərə toxunur. Rijvadze qeyd edir ki, ona qarşı korrupsiya və “narkotacirləri” himayə etmək kimi ittihamlar irəli sürülüb. Acara hökumətinin keçmiş sədri məktubunda Bidzina İvanişviliyə və İrakli Kobaxidzenin onun ailəsini qoruyacaqlarına ümid etdiyini bildirib. Rijvadze məktubda həmçinin vurğulayır ki, bütün əməkdaşları və yaxın ətrafı günahsızdır və onların hər biri yalnız “onun göstərişi ilə” hərəkət edib. O, Aleksandre Axvlediani haqqında da minnətdarlıqla və müsbət fikirlərlə yazıb və qeyd edib ki, məhz onun silahı ilə özünə qəsd edib.
Tornike Rijvadze 4 aprel tarixində Acarıstan hökumətinin sədri postunu tərk etmişdi.