19 İyul 2025 / 20:06

ADSEA jurnalistlərin 150 illik yubiley bayramını belə təbrik etdi – Fotolar

Şəhərimizdəki restoranların birində jurnalistlər üçün təşkil edilən bayram ziyafəti maraqlı keçdi…

Həsən bəy Zərdabidən başlanan əzəli yolun – Milli Mətbuatın 150 illiyi münasibətilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ölkənin bir çox kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş təşkil edib. “Təzadlar”ın əməkdaşının da iştirak etdiyi görüşdə müxtəlif media orqanlarını təmsil edən jurnalistlər bir araya gəldi. ADSEA-nın rəhbər şəxsləri jurnalistləri təbrik edərək bildirdilər ki, mətbuat cəmiyyətin güzgüsüdür və ictimai rəyə təsir edən əsas qüvvələrdən biridir. Xüsusilə su ehtiyatlarının idarə olunması, ekoloji problemlər, dayanıqlı inkişaf kimi sahələrdə medianın rolu danılmazdır.

Görüş səmimi və xoş atmosferdə keçib, Agentliyin rəhbər şəxsləri media nümayəndələrini təbrik edərək cəmiyyətin məlumatlandırılması istiqamətində göstərdikləri birgə səyə görə onlara təşəkkürlərini bildiriblər.
Elçin Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!