25 Sentyabr 2025 / 12:39

Ağ şəhər Bulvarında -“Port Baku” yaxınlığında metro stansiyası olacaq

Bakının Ağ Şəhər Bulvarı ərazisində-“Port Baku” kimi məşhur ərazidə metro stansiyasının inşası nəzərdə tutulub. Tezadlar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib. O bildirib ki, “Şah İsmayıl Xətai” stansiyasının yaxınlığında “yaşıl xətt”ə daha bir keçid imkanı yaradılacaq: “Babək prospekti üzərində şəhər istiqamətində ilk nəhəng stansiyamız inşa olunacaq. Bu isə o deməkdir ki, sıx hərəkət olan prospekt boyunca da insanlara daha rahat şərait yaradılacaq”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!