Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az xəbər verir ki, Baku TV-nin “Qapqara” verilişinin bu dəfəki qonağı meyxana ustası Ağamirzə Məmmədov olub.
Verilişdə Rəşad Dağlının çox ədəbli biri olduğunu söyləyən meyxana ustası onunla bağlı xatirələrini bölüşüb:
“Rəşadı yaxşı tanıyıram. Həmişə hörmətcil biri olub. Məclislərdə heç vaxt məndən öncə mikrofonu əlinə almayıb. Hətta bir dəfə arxamca gələrək belə demişdi:
“Sən birinci hamını salamlamalı, qafiyə tutmalısan, sonra da biz meyxana deməliyik”. Ağamirzə Məmmədov qəzəlxan Məşədibabadan bəhs edərkən isə “o, çox “təhlükəli” meyxanaçı idi. Heç kimdən çəkinmirdi” deyib.
O həmçinin meyxananın əvvəlki və hazırkı dövrü arasındakı fərqlərdən, övladlarından və onlara verdiyi tərbiyədən danışıb.