2 Aprel 2026 / 07:43

Ağcabədidə fərdi yaşayış evi yanıb

Ağcabədidə 4 otaqlı fərdi yaşayış evi yanıb.

Tezadlar.az-ın məlumatına görə, yanğın rayonun Qaraxanlı kənd sakini Qaçay Cavadova məxsus evdə baş verib.

Yanğın zamanı evin 1 otağı əşyaları ilə yanıb. Hadisə yerinə FHN-nin Ağcabədi yanğınsöndürən bölməsinin əməkdaşları cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülərək ətrafdakı tikililərə keçməsinin qarşısını alınıb.

Faktla bağlı araşdırma davam etdirilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!