…Bəli, Ermənistanın işğalçılıq siyasəti uzun illər Ağdamın Ergi qəsəbəsində müvəqqəti məskunlaşmış on minlərlə məcburi köçkünlərin rayonla əlaqəsini yolsuzluqla sınağa çəkməkdi idi… Artıq işğaldan azad edilmiş torpaqlara yeni həyat qayıdır, yurda qayıdış başlayıb… Təbii ki, bu proses mərhələli şəkildə həyata keçirilir və tam məskunlaşma zaman tələb edir.
Beləliklə, artıq dekabrın 27-dən Ergi qəsəbəsinin əsaslı təmir problemi yeni mərhələyə keçir. “Təzadlar” həmin tarixi görüntüləri təqdim edir… Əməkdaşımızla söhbət edən Ergi qəsəbəsinin sakinləri Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun təşəbüsü, Qaçqın və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin dəstəyi ilə Ağdam rayonunun Ergi qəsəbəsinin uzun illərdir bərbad vəziyyətdə olmuş 5 km.- lik yolun əsaslı təmirinə başlanılmasını təşəkkür və minnətdarlıqla qarşıladıqlarını bildiriblər.
A.Məmmədli
(Bakı-Ağdam- Bakı)