27 Avqust 2025 / 13:53

Ağdamda bu tikinti işlərinə 53 milyon manat nəzərdə tutulub- TENDER

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” PHŞ açıq tender elan edir.

TEZADLAR.AZ  xəbər verir ki, elanda Ağdam şəhərinin magistral su xətləri, tullantı və yağış kollektorları ilə qurğularının tikintisinin layihə-smeta sənədləri əsasında tullantı su təmizləmə qurğusunun tikintisi nəzərdə tutulub.

Müsabiqədə iştirak haqqı 7 994 AZN təşkil edir.

Satınalan təşkilatın VÖEN-i: 1300300711

Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Moskva prospekti 69a

Ehtimal olunan qiymət: 53 290 299 AZN

Təkliflərin son təqdim olunma tarixi: 10.10.2025 17:00

Zərflərin açılış tarixi: 10.10.2025 17:00

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi – Yusif Hüseynov, Planlama və Satınalmaların Təşkili şöbəsi baş məsləhətçi-şöbə müdirinin müavini

Email: yusif.huseynov@toom.gov.az

Əlaqə telefonu: +994 55 225 12 31

 

fed.az

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!