29 Oktyabr 2025 / 12:12

Ağdərənin Həsənriz kəndinə daha 17 ailə köçürülür

Bu gün Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb. Dövlət Qaçqınkom-dan Tezadlar.az-a bildirilib ki, bu mərhələdə Həsənriz kəndinə 17 ailənin (83 nəfər) qayıdışı həyata keçirilib. Bununla da kəndə köçürülən ailələrin sayı 205-ə (764 nəfər) çatacaq.

Yurda qayıdışımız əbədi olsun!

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!