Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Avropa İttifaqı oktyabrın 7-də İsrailə qarşı hücumlara cavab olaraq HƏMAS-ın iki hərbi rəsmisinə qarşı sanksiyalar tətbiq edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Aİ Şurasının Brüsseldə yaydığı bəyanatda deyilir.
“Avropa İttifaqı Şurası iki şəxsi Aİ-nin terrorçu siyahısına daxil edib. Bu qərar Aİ-nin HƏMAS-ın təhdidlərinə, o cümlədən oktyabrın 7-də İsrailə qarşı amansız və ayrıseçkilik etmədən hücumlara cavab tədbirlərinin bir hissəsidir”, – bəyanatda deyilir. – “Qara siyahıya Fələstin HƏMAS hərəkatının yaraqlı qanadının – İzzəddin əl-Qəssam Briqadalarının rəhbəri Məhəmməd əl-Deif və onun müavini Mərvan İsanın adı daxildir”.
E.ŞİRİNOV