Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
4 Dekabr 2025 / 22:30

Aİ Şurası sədri Astanada Qazaxıstanın rolunu yüksək qiymətləndirdi

Avropa İttifaqı (Aİ) Qazaxıstanın regional sabitliyin möhkəmləndirilməsində, o cümlədən Ermənistan və Azərbaycan arasında nizamlama prosesinə dəstəyində fəal və konstruktiv rolunu alqışlayır.

Tezadlar.az-ın məlumatına görə, bunu Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta Astanaya səfəri zamanı bildirib.

O, qeyd edib ki, Cənubi Qafqazda sülh və firavanlıq Avropa ilə Mərkəzi Asiya arasında əlaqələrin möhkəmləndirilməsi üçün həyati əhəmiyyətə malikdir.

Koşta həmçinin Qazaxıstana BMT Nizamnaməsinin və qanunun aliliyinə əsaslanan prinsiplərin ardıcıl müdafiəsinə görə minnətdarlığını ifadə edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!