Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

33 il sonra onun dəfn edilməsi, bir məzarının olması ailəsi üçün təsəllidir.
Tezadlar.az xəbər verir ki, bunu Qərb bürosuna açıqlamasında fevralın 19-da Mingəçevirdə dəfn olunan Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Şahin Kərimovun qardaşı Hafiz Kərimov deyib.
O, qardaşının nəşinin qalıqlarının aşkarlanması və doğulduğu Mingəçevir şəhərində dəfn edilməsinin onlara bir təsəlli olduğunu vurğulayıb:
“Artıq qardaşımın məzarı var və onun uğrunda canından keçdiyi Qarabağ düşməndən azad edilib. Mən də, ailəmizin digər üzvləri də Şahinlə fəxr edirik. Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.