6 Aprel 2026 / 20:42

Ailənin məişət şəraiti yerində qiymətləndirildi

Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən ailənin iki uşağı dövlət müəssisəsinə yerləşdiriləcək.

Milli.Az xəbər verir ki, bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

  • “Hamamdan çıxanda gördük ki…” – Sumqayıtda zəhərlənən altı uşağın anası DANIŞDI

Bildirilib ki, məsələ diqqətə götürülüb və aidiyyəti qurumlarla birgə araşdırılıb:

“Aparılmış araşdırmalar nəticəsində müəyyən edilib ki, ailədə olan səkkiz azyaşlıdan dördü hazırda dövlət uşaq müəssisəsində təhsil alır. Digər dörd azyaşlıdan ikisinin də yaxın müddət ərzində dövlət uşaq müəssisəsinə yerləşdirilməsi nəzərdə tutulur. Qalan iki azyaşlı isə valideynlərinin himayəsində olmaqla, mövcud vəziyyətlə əlaqədar xalasının yanında yaşayır.

Eyni zamanda, aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə ailəyə baxış keçirilib, mənzil-məişət şəraiti yerində qiymətləndirilib.

Ailə üzvlərinə, eləcə də faktiki olaraq himayədə olan uşaqlara mütəmadi nəzarətin həyata keçirilməsi nəzərdə tutulub.

Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən ailə nəzarətdə saxlanılacaq və zəruri tədbirlər davam etdiriləcək”.

Xatırladaq ki, kütləvi zəhərlənmədən sonra ailənin 9 uşağından biri iki gün əvvəl dünyasını dəyişib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!