16 Sentyabr 2025 / 14:32

AK İsrailə qarşı tədbirlər paketi təklif edəcək

Avropa Komissiyası bu dövlətin Qəzza zolağındakı hərəkətləri ilə bağlı sentyabrın 17-də İsrailə qarşı tədbirlər paketi təklif edəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat katibi Paula Pinyo brifinq zamanı bildirib.

“Sabah şuranın iclası zamanı Avropa komissarları İsrailə qarşı tədbirlər paketini, xüsusən də AK-nin İsraillə assosiasiya sazişinin bəzi müddəalarının dayandırılması təklifini qəbul edəcəklər”, – o deyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!