Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 Oktyabr 2025 / 15:14

Alen Simonyan da Sahibə Qafarova ilə görüşünü müsbət qiymətləndirib

Ermənistan parlamentinin sədri Alen Simonyan Cenevrədə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə dünən baş tutan görüşünü müsbət qiymətləndirib. Tezadlar.az “Ermənistan xəbərləri”nə istinadla xəbər verir ki, görüş zamanı tərəflər cəmiyyətlərin yaxınlaşmasının, sülh şəraitində yaşamağın və bir-birinə doğru addımlar atmağın zəruriliyi ilə bağlı ümumi fikrə gəliblər.

“Qeyd etmək istəyirəm ki, həmkarım (Sahibə Qafarova – red.) bu fikri bölüşür. Görüş çox müsbət və səmimi atmosferdə keçib”, – A.Simonyan əlavə edib.

Onun sözlərinə görə, tərəflər həmçinin münasibətlərin normallaşması istiqamətində müvafiq addımların tezliklə atılmasının vacibliyi barədə ümumi fikir ifadə ediblər.

A.Simonyan yüksək səviyyəli qarşılıqlı səfərlərin mümkünlüyünü istisna etməyib, lakin onun fikrincə, bu bir sıra şərtlər yerinə yetirildikdən sonra mümkündür.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!