Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan boksçusu Alfonso Dominqes İngiltərənin Liverpul şəhərində keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.
Tezadlar.az xəbər verir ki, 90 kiloqram çəkidə mübarizə aparan millinin lideri 1/4 finalda Emrah Yaşarla (Türkiyə) üz-üzə gəlib.
Döyüş dünya çempionumuzun qələbəsi ilə başa çatıb. Dominqes rəqibini 3:2 (28:29, 30:27, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Boksçu bu qələbə sayəsində özü üçün azı bürünc medalı da təmin edib.
Alfonso yarımfinalda braziliyalı Santos Ribeyro Filyo ilə qarşılaşacaq. Görüş sentyabrın 12-də olacaq.
Qeyd edək ki, axşam sessiyasında Səidcəmşid Cəfərov da (75 kiloqram) 1/4 final döyüşünə çıxacaq.