25 Avqust 2025 / 19:37

“Allah heç kimi belə vəziyyətə salmasın” – Ramal İsayev xəstəxanadan paylaşdı

Bloger Ramal İsayev xəstəxanaya yerləşdirilib.

Tezadlar.az xəbər verir ki, Dubayda olan bloger ölümdən döndüyünü deyib. O, bildirib ki, zəhərlənib:

“Dünən gecə qəfil halım pisləşdi, qida zəhərlənməsi olduğunu sonradan öyrəndim. Zəhərlənmə qanıma keçmişdi və təcili xəstəxanaya yerləşdirildim. Hələ də xəstəxanadayam və bir neçə gün burada qalmalıyam. Sağlamlıq hər şeydən önəmlidir. Nə yediyimizə, nə içdiyimizə, harda yediyimizə çox diqqət etməliyik. Allah heç kimi belə bir vəziyyətə salmasın”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!