27 Avqust 2025 / 19:40

Alman müstəntiqləri “Şimal axını”nı partladanları müəyyən ediblər

Alman müstəntiqləri “Şimal axını” və “Şimal axını 2” boru kəmərlərini partladan bütün diversantları müəyyən ediblər.

Tezadlar.az xəbər verir ki, bu barədə “Die Zeit” qəzeti məlumat yayıb.

“Die Zeit”, “Süddeutsche Zeitung” qəzeti və ARD telekanalının birgə araşdırmasına görə, Almaniya hüquq-mühafizə orqanları “Şimal axını”nda partlayışları törətdiyi iddia edilən təxribat qrupunun bütün üzvlərini müəyyən edib.

Qəzet qeyd edib ki, müstəntiqlər yeddi şübhəlinin kimliyini müəyyən edə biliblər. “Die Zeit” vurğulayır ki, onlar haqqında həbs qərarı verilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!