Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xristian Demokrat İttifaqı/Xristian Sosial Birlik (CDU/CSU) bloku Almaniya kansleri Fridrix Merzin sülhün olmaması ilə bağlı açıqlamalarından sonra ölkənin silahlı qüvvələrinə məcburi çağırış rejimini bərpa etməyi planlaşdırır.
Tezadlar.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Qəzetin yazdığına görə, Merzin partiyası Bundestaqda könüllü xidmət haqqında yeni qanun layihəsinin müzakirəsinə mane olub və bunu “qanun layihəsinin kifayət qədər dərindən araşdırılmadığını” əsas gətirib. Nəşrin mənbəsi vurğulayıb ki, hazırda hərbi xidmətə çağırışla bağlı yarıtmaz qərarlar qəbuledilməzdir.
Daha əvvəl Almaniya kansleri Fridrix Merz bəyan etmişdi ki, Almaniya artıq sülh içində deyil. O qeyd edib ki, ölkəsi müharibə şəraitində deyil, artıq “tamamilə fərqli dünyada” yaşayır.
E.ŞİRİNOV