5 Avqust 2025 / 17:24

Almaniya millisinin sabiq hücumçusu Frank Mill 67 yaşında dünyasını dəyişdi

Almaniya yığmasının sabiq futbolçusu Frank Mill vəfat edib.

Tezadlar.az xəbər verir ki, Almaniya millisinin heyətində dünya çempionu olmuş veteran hücumçu 67 yaşında ölüb.

O, may ayında ürəktutması keçirmişdi.

F.Mill karyerası ərzində “Rot-Vayss Essen”, “Borussiya” (Münhenqladbax), “Borussiya” (Dortmund) və “Fortuna” kimi klublarda çıxış edib. I Bundesliqada 123, II Bundesliqada isə 87 qola müəlliflk edib. Dortmund “Borussiya”sının tərkibində 1989-cu ildə Almaniya Kubokunu qazanıb.

Qeyd edək ki, F.Mill Almaniya yığmasının heyətində 1990-cı ildə İtaliyada təşkil olunan dünya çempionatının qalibi olub. O, millinin heyətində 17 matça çıxıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!