1 Oktyabr 2025 / 13:20

Almaniya səmasında şübhəli pilotsuz təyyarələr görünüb

Almaniyanın Şlezviq-Holşteyn əyalətində strateji yerlər üzərində naməlum pilotsuz uçuş aparatları (PUA) görüntülənib.

Tezadlar.az xəbər verir ki, “Der Spiegel” yazır.

“Səlahiyyətlilər keçən həftənin sonunda bir neçə dronun qəsdən elektrik stansiyası, Kiel Universiteti Xəstəxanası və hətta əyalət hökuməti binası da daxil olmaqla mühüm infrastrukturun üzərindən uçması barədə məlumat aldıqdan sonra araşdırma aparır”, – hesabatda deyilir.

Alman hakimiyyət orqanlarının məlumatına görə, sentyabrın 25-də yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 23:00) ThyssenKrupp fabrikinin ərazisi üzərində iki kiçik dron aşkarlanıb. Bir saat sonra xəstəxananın, elektrik stansiyasının və Kiel kanalının üzərində bir neçə PUA qrupu peyda olub.

Şlezviq-Holşteyn daxili işlər naziri Sabine Sütterlin-Vak agentliyin casusluq işini araşdırdığını, lakin heç bir təfərrüat açıqlamadığını bildirib.

Bundan əvvəl Kopenhagen səmasında bir neçə iri pilotsuz təyyarə görüntülənib. Pilotsuz təyyarələrin görünüşü ilə əlaqədar Danimarka paytaxtının hava limanı gələn və gedən təyyarələr üçün bağlanıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!