Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Turizm sektoru qlobal miqyasda təxminən 357 milyon insana məşğulluq imkanı yaradır.
“Təzadlar” xəbər verir ki, bunu “New Murabba Development” şirkətinin direktoru Abdullah Alsuiry Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2025) bildirib.
Onun sözlərinə görə, turizm dünya iqtisadiyyatının aparıcı və strateji sahələrindən biridir:
“O, iş yerlərinin yaradılması ilə yanaşı, həm də şəhərlərin və regionların davamlı inkişafına mühüm töhfə verir”.
A.Alsuiry vurğulayıb ki, baş planların hazırlanması şəhərlərin dayanıqlı inkişafına şərait yaradır, investorların cəlb olunmasını asanlaşdırır və turizm infrastrukturunun formalaşmasına zəmin yaradır.
“Azərbaycanın şəhərləri üçün baş planların hazırlanması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu yanaşma təkcə regionların deyil, həm də Bakıətrafı ərazilərin inkişafına güclü təkan verəcək”, – o bildirib.
Onun sözlərinə görə, böyük və yüksək keyfiyyətli hotellərin, müasir istirahət mərkəzlərinin və əyləncə məkanlarının mövcudluğu turistlərin seçimində əsas rol oynayır: “Hər bir ölkənin güclü turizm brendinə sahib olması vacibdir”.
O əlavə edib ki, müasir şəhərsalma yanaşmaları yüksək keyfiyyətli insan kapitalının – istedadlı peşəkarların və yaradıcı gənclərin cəlb olunmasına xidmət etməlidir: “Məsələn, Ər-Riyad üçün yaradılan yeni şəhər mərkəzləri həm iş, həm də yaşayış üçün müasir mühit təqdim edir”.