1 Avqust 2025 / 23:09

Alvaro Uribe prosessual fırıldaqçılığa görə 12 il ev dustaqlığına məhkum edildi

Kolumbiyanın keçmiş prezidenti Alvaro Uribe prosessual fırıldaqçılıq və şahidə rüşvət verdiyinə görə ev dustaqlığında çəkəcəyi 12 il həbs cəzasına məhkum edilib.

“Tezadlar.az” xəbər verir ki, bu barədə “Caracol” radiostansiyası məlumat yayıb.

Sabiq dövlət başçısı həmçinin 100 ay 20 gün müddətinə dövlət vəzifəsində işləmək hüququndan məhrum edilib.

O, cəzasını Rioneqro şəhərindəki evində çəkəcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!