Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Amerikalı tibb bacısı Bricit Kendis peyvənddən sonra təhlükəli reaksiya keçirib, komaya düşüb və həyatını dəyişən dəhşətli cəhənnəm görüntülərindən danışıb.
Tezadlar.az xarici mediaya istinadla bu hekayə barədə xəbər verir.
Qadın xatırlayır ki, həmkarları onun əlamətlərini yorğunluq və stresslə əlaqələndiririb. O, narahatlığını spirtli içki ilə azaltmağa çalışsa da, vəziyyəti yalnız pisləşib.
Bir neçə həftə sonra Bricitdə qəribə öskürək, boğaz ağrısı və hava çatışmazlığı hissi yaranıb. Analizlərdə oksigen səviyyəsi normal göstərilsə də, qadın tez-tez huşunu itirməyə başlayıb.
Bir çox həkimlər xəstənin şikayətlərinə inanmaq istəməyib. Nəhayət, LOR həkimi kritik dəyişiklikləri aşkar edib: Bricitin tənəffüs yolları demək olar ki, karandaşın ucu qədər daralıb. Ona təcili əməliyyat lazım olub, lakin qısa müddət sonra komaya düşüb.
Bricitin sözlərinə görə, komada olarkən dəhşətli bir məkanda, cəhənnəmə bənzər yerdə olub. Orada qədim Misir tanrılarını xatırladan iblislər görüb. Onlardan biri, qadının sözlərinə görə, “onun həyatını tərəzidə çəkirdi”.
Bricit bildirib ki, çoxsaylı işgəncələrin şahidi olub. Ailələr təkrar-təkrar övladlarının edamını izləməyə digər bir kişi divara zəncirlənmiş öz övladına atəş açmağa məcbur edilib.
Orada insanlar diri-diri yandırılırıb və ya özlərinin ən böyük qorxularını sonsuzadək yenidən yaşamağa sövq olunublar.
Sonda, qadının sözlərinə görə, bu işgəncələri o özü də hiss etməyə başlayıb.
Tibb bacısı deyir ki, yalnız ümidsizlik içində İsadan kömək istədikdən sonra komadan çıxa bilib. Bu, doqquzuncu və ya onuncu gün baş verib.
Sağaldıqdan sonra Bricit həyatını tamamilə dəyişib. Spirtli içkilərdən imtina edib, özünü inancına həsr edib və indi yaşadıqlarını aktiv şəkildə insanlarla bölüşərək onları mənəviyyat barədə düşünməyə çağırır.