18 Avqust 2025 / 15:42

Amorim “Mançester Yunayted”də 16 ilin ən pis nəticəsinə imza atdı

İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi Ruben Amorim Premyer Liqada son 16 ilin ən pis göstəricisinə imza atıb.

Tezadlar.az xəbər verir ki, bu, komandanın I turda evdə “Arsenal”a uduzması ilə reallaşıb.

Mütəxəssis “qırmızı şeytanlar”da 15-ci məğlubiyyətini (7 qələbə, 6 heç-heçə) alıb. O, bu nəticəni 28 matçda əldə edib. Bu isə Çempionşipdən Premyer Liqaya yüksəlməyən komandalarda 2009-cu ildən bəri ən pis nəticədir.

2009-cu ildə “Portsmut”un baş məşqçisi Pol Hart 27 qarşılaşmada 15 məğlubiyyət alıb və 2009/2010 mövsümünün noyabrında istefaya göndərilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!