Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Aparıcı Tarix Əliyev tamaşaçıları ilə canlı yayımda sağollaşıb.
Tezadlar.az xəbər verir ki, verilişdə Tarix Əliyev (Tolik) öz ərizəsi ilə işdən uzaqlaşdığını deyib:
“Televiziyada yox, sosial şəbəkədə etdiyim səhvə görə rəhbərliyin, işçilərin haqqına girəcəyəmsə, vicdanım sızlayar. Bir ildən artıqdır ki, “Space TV”də “Tarixin bir günü” verilişi aparıram və proqramımda qanun pozuntusu olmayıb. Aparıcılıqdan çıxmaq haqqında ərizəmi rəhbərliyə verəndə vicdanım rahatladı. Əsəblərimə hakim olmamağım, başqasına emosional fikir bildirməyim böyük kanalın uğuruna ləkə ola bilməz. Həyatda itirəcəyim bir şey var, o da övladımdır. Bu, özümə verdiyim bir cəzadır”.
Həmçinin bildirib ki, verilişinii başqa aparıcıya təhvil verməyib və kanalda musiqi departamentinin rəhbəri də təyin olunmayıb.
Qeyd edək ki, bu günlərdə müğənni Səidə Sultan verilişlərdə bayağı mahnıların təbliğini tənqid etmişdi. Bundan sonra Toliklə Səidə arasında TikTok-da canlı yayımda mübahisə düşüb. Tərəflər bir-birinin ünvanına təhqirlər səsləndirib. Tolik Səidə Sultana televiziya aparıcısına yaraşmayan sözlər deyib.
Yəqin ki, bu, başqa aparıcılara da bir dərs olar.