Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tbilisi Apellyasiya Məhkəməsi Gürcüstanın məhkum olunmuş eks-prezidenti Mixail Saakaşvilinin səhhətinə görə azadlığa buraxılması ilə bağlı vəsatəti təmin etməyib.
Tezadlar.az xəbər verir ki, Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bu dəfə məhkəmə iclası olmayıb. Saakaşvilinin vəkili Şalva Xaçapuridze bildirib ki, o, qərar barədə telefonla hakim köməkçisindən xəbər tutub.
“Yəni, Saakaşviliyə möhlət verməkdən elə möhlət verdilər ki, məhkəmə iclasları belə keçirilmədi. Gürcüstan hakimləri onların səriştəsiz olduqlarını təsdiq etdilər. Saakaşvili ədalətli məhkəmə araşdırması hüququndan məhrum edildi. O, həm də yaşamaq hüququndan məhrum edilib”, – Xaçapuridze “Pirveli TV-yə bildirib.
Onun sözlərinə görə, indi Saakaşvilinin müdafiəsi Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək niyyətindədir.
E.ŞİRİNOV