Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ermənistan mətbuatının məlumatına görə, Qarabağdakı separatçı rejimin üç sabiq başçısı Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyan oktyabrın 1-də Ermənistana gəliblər.
Qeyri-qanuni rejimin sonuncu rəhbəri Samvel Şahramanyanın isə ölən və itkin düşənlərin qalıqlarının tapılması üçün axtarış-xilasetmə işləri başa çatana qədər Qarabağda qalacamı bildirilir.
Bəs Qarabağda neçə il at oynadan, özünü “Prezident” elan edən Araik Arutyunyan Laçın sərhəd-keçid məntəqəsindən necə keçib? Ermənistanın sosial şəbəkə istifadəçiləri onun Rusiya Sülhməramlıların avtomobili ilə maskalanaraq aradan çıxarıldığı barədə məlumatlar paylaşılır…
A.Məmmədli