12 Sentyabr 2025 / 23:22

“Araz Naxçıvan” “Kəpəz”i məğlub edərək liderliyə yüksəldi

Misli Premyer Liqasının IV turunda “Kəpəz” “Araz Naxçıvan”a məğlub olub.

Tezadlar.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:0.

Elmar Baxşıyevin rəhbərlik etdiyi komandanın heyətində Slavik Alxasov (65-ci dəqiqə) və Bar Kohen (86-cı dəqiqə) fərqləniblər.

Bu nəticədən sonra komanda xallarının sayını 10-a çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib. 12-ci pillədə olan Gəncə təmsilçisinin isə hələ ki xalı yoxdur.

Qeyd edək ki, IV Tura sentyabrın 14-də yekun vurulacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!