2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi”ndə qalib gələn layihələrin istehsalçı şirkətləri ilə müqavilələr bağlanmağa başlayıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kino Agentliyinin məlumatında deyilir.
Müqavilə bağlanan şirkətlər və layihələrinin siyahısını təqdim edirik:
“Kölgəsiz adamlar” (qısametrajlı animasiya filmi) – HochazFilm Creative Studio;
“Eyni yağışın altında” (qısametrajlı animasiya filmi) və “Oyun” (qısametrajlı tələbə animasiyası) – Peri Film MMC;
“İşıq” (qısametrajlı bədii film) – Kinobiz MMC;
“Ağacdələn” (qısametrajlı bədii film) – Karvan Production MMC;
“Sərt gözəllik” (sənədli film) – OD Media-Production MMC.
Bütün istehsalçı şirkətlərə və onların komandalarına uğurlar arzu edirik!