Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Müəyyən texniki və ya qeyri- texniki, subyektiv səbəblərdən artıq ödəmə alan, lakin sonradan bu məbləği geri qaytarmalı olan pensiyaçılara şad xəbər var. Artıq ödənilmiş pensiyaların tutulma müddətinin 1 ilə endirilməsi təklif olunur. Tezadlar.az xəbər verir ki, bu, İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində əksini tapıb. Sənəd Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilməsinin pensiyaçının səhvindən baş vermədiyini, bu halın müvafiq qurum fəaliyyətində olan funksional nöqsanlarla bağlı olduğunu, habelə sonrakı tutulmaların əmək pensiyaçısının sosial vəziyyətini ağırlaşdırdığını nəzərə alaraq, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin əmək pensiyaçısından tutulması üçün “Əmək pensiyaları haqqında” Qanunun 39-1-ci maddəsində nəzərdə tutulmuş müddətin 1 ilə azaldılması təklif edilib. Hazırkı qanunvericiliyə görə, bu tutulmanın son 3 il üçün aparılması nəzərdə tutulur.
Bəli, pensiyaçılara yaşama limitinin getdikcə azaldığı bir vaxtda problem yaşatmaq heç insafdan deyil!
SƏBUHİ