Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Yahşi Cazibe” serialı ilə tanınan məşhur türkiyəli aktrisa Aslıhan Gürbüz İstanbulun səs-küyündən uzaq, sakit bir həyatı seçib. Aktrisa orqanik kənd təsərrüfatı üzrə təhsil alaraq Ayvalıkda məskunlaşıb və günlərini zeytun bağlarında, məhsul yığımı prosesində keçirir.
Tezadlar.az xəbər verir ki, Gürbüz hər bir işlə yaxından maraqlanır. Təxminən 5 il əvvəl sağlamlıq problemləri səbəbindən kənd həyatına üstünlük verən aktrisa İstanbulu tamamilə tərk etmişdi.
Təbiətlə iç-içə yaşamağı sevən Gürbüz hisslərini bu sözlərlə ifadə edib:
“Yaşılı və mavini, suyu və göy üzünü, ağacı, çiçəyi, quşu və yosunu görməyi çox sevirəm. Oyananda üzbəüz evi yox, ağac görməyi, evdən çıxanda ticarət mərkəzinə yox, torpaq cığıra çıxmağı çox sevirəm.”
O, həmçinin əlavə edib: “Təbiəti çox sevirəm, hara olduğu önəmli deyil. Əgər görürsən və sevirsənsə, deməli, cənnətdəsən. Qoruyur və hörmət edirsənsə, cənnətliksən…”
Uğurlu aktrisa bu yaxınlarda “Kral Kaybederse” serialı ilə yenidən çəkilişlərə başlasa da, təbiət sevgisi üstün gəldiyi üçün boş vaxtlarında yenidən təbii məkanlara üz tutur.