Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 Noyabr 2025 / 16:01

“Astana Opera”nın solisti Ermənistanın balet səhnəsində Armen rolunu ifa edəcək

Balet noyabrın 30-da İrəvanda nümayiş olunacaq

Tezadlar.az   Qazaxıstan mediasına istinadən xəbər verir ki, “Astana Opera”nın solisti, beynəlxalq və milli müsabiqələr laureatı Serik Nakıspekov musiqisi Aram Xaçaturyana məxsus olan “Qayane” baletində Armen – baş rolunu ifa edəcək.

Serik Nakıspekov “Qayane”də Armeni ifa etmək dəvəti  ilə bağlı bildirib ki, onun üçün bu tamaşa həyəcanvericidir, çünki bu, Ermənistanın milli baletidir:

“Düzgün enerjini, ifadəli hərəkətləri və emosiyaları çatdırmaq istəyirəm. Mən müxtəlif illərin tamaşalarının çəkilişlərini diqqətlə araşdırdım. Teatrımızın səhnəsində bu baletdən məşhur “Qılınclarla rəqs”i ifa edilir, ona görə də musiqinin xarakterini hiss edirdim, amma rolun texniki elementlərlə bu qədər zəngin olduğunu bilmirdim”.

Serik İrəvanda çoxdan tanınır. O, orada “Spartak”da çıxış edib.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!