10 Noyabr 2023 / 14:37

ASTARADA YAŞLI QADIN QƏTLƏ YETİRİLİB

Astara rayonunda yaşlı qadın qətlə yetirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan Tezadlar.az-a bildirilib ki, noyabrın 10-da saat 16 radələrində Astara rayonunun Kakalos kənd sakini 1946-cı il təvəllüdlü Məmmədova Zeynəb Əziz qızının qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!