29 Oktyabr 2025 / 19:23

“Atam məni səhnədə görsəydi, çox istəyərdim” – Zakir Əliyev

Əməkdar artist Zakir Əliyev atasından danışıb kövrəlib.

Tezadlar.az xəbər verir ki, xanəndə mərhum atası barədə bu sözləri dilə gətirib:

“Yaşasaydı 2 ildən sonra 100 yaşı olacaqdı. Heç olmasa məni səhnədə görməyini istəyərdim. Mən anama daha çox bağlı olmuşam. Atam tez vəfat etdiyinə görə o hissləri çox yaşamamışam. İndi ata öz övladları ilə sərbəst olur.

Əvvəllər övladını qucağına almaq belə olmazdı. İndi artıq ata-oğul arasında sərbəst münasibət yaranıb. Övlad öz düşüncələrini sərbəst şəkildə bölüşə bilir. Bizim vaxtımızda belə şeylər yox idi”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!