Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Amerikanın Baltimor şəhərində (Meriland ştatı) atışma nəticəsində azı 3 nəfər ölüb, 1 nəfər yaralanıb.
Tezadlar.az xəbər verir ki, bu barədə şəhər polisinə istinadən “Fox News” televiziya şirkətinin yerli bölməsi məlumat yayıb.
Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları güllə yarası almış üç kişinin cəsədini tapıblar. Daha bir nəfər xəstəxanaya aparılıb.
Polis şübhəlinin həbsi barədə məlumat verməyib və onun kimliyini təsdiqləməyib.
Hadisə ilə bağlı araşdırma aparılır.
E.ŞİRİNOV