Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Onların hamısı partlayış baş verən sexdə işləyirmiş
Başqırdıstan Respublikasının Sterlitamak şəhərindəki “Avanqard” fabrikinin sexlərindən birində baş verən partlayış nəticəsində 6 işçi xəsarət alıb.
Tezadlar.az bildirir ki, bu barədə REN TV-dəki mənbə məlumat verib.
“Onların hamısı partlayışın baş verdiyi sexdə işləyirdi. Uçmuş divar səbəbindən xilasedicilər onları dağıntılar altından çıxarmalı olublar”, – mənbə bildirib.
Respublika başçısı Radiy Xabirov da öz Telegram kanalında xəsarətlər barədə məlumatı təsdiqləyib.
“Sex binasına ciddi ziyan dəyib. Zavodun işçiləri təxliyə edilib. Təəssüf ki, xəsarət alan işçilər var, onlara lazımi köməklik göstərilir”, – nəşr yazır.
Hadisə yerində 3 təcili tibbi yardım briqadası və digər fövqəladə hallar xidmətinin əməkdaşları, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.
E.ŞİRİNOV