14 Noyabr 2025 / 22:30

Avarçəkənlərə dopinq qaydaları və cəzalar barədə maarifləndirmə aparıldı

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasında (AKAF) avarçəkənlər üçün növbəti seminar təşkil edib.

Tezadlar.az xəbər verir ki, agentliyin mütəxəssisi idmançılara antidopinq qayda pozuntuları, dopinq nəzarəti prosesi, bu prosesdə idmançıların hüquq və öhdəlikləri, terapevtik istifadə üçün istisnalar, qadağan edilmiş maddələrdən istifadənin fəsadları haqda məlumat verib.

Eyni zamanda həmin maddələrin qəbuluna görə tətbiq olunan cəzalar, qadağan edilmiş siyahılar barədə yeniyetmə və gənc avarçəkənlər maarifləndirilib. İdmançılara antidopinq qaydalarına riayət etməyin önəmi, düzgün qərar qəbul etmək üçün lazım olan bilik və bacarıqlardan bəhs olunub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!