19 Noyabr 2023 / 06:12

AVRO-2024: MİLLİMİZ BU GÜN BELÇİKA İLƏ MEYDANDA

Azərbaycan millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində sonuncu oyununu keçirəcək.

Tezadlar.az CBC- İdman- a istinadla bildirir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektivdə Belçika yığmasının qonağı olacaq. “Kinq Baudouin” stadionunda reallaşacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Matçı Gerqo Boqarın rəhbərlik etdiyi macarıstanlı hakimlər briqadası idarə edəcək. Meydan sahibləri F qrupunda 17 xalla ikincidir. Komandamız isə 7 xalla 4-cü sırada qərarlaşıb.

Qrupun digər oyununda İsveç Estoniyanı qəbul edəcək.

AVRO-2024, seçmə mərhələ oyunu

21:00. Belçika – Azərbaycan
Baş hakim: Gerqo Boqar (Macarıstan)
Brüssel. “Kinq Baudouin”

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!